Tərcümə və tərcümə olunmama problemi
1. Tərcümə olunma problemin - tərcümə probleminin ən köhnə nəzəriyyələrindən biridir. Bu problem tərcüməyə tələbat yaranan və onu formalaşdırmağa cəhd olduğu bütün zamanlarda ortaya çıxır. Prinsipial tərcümə olunma təxminən xalqlar eyni səviyyədə olanda (onların elmi-texniki inkişafı bir-birinə uyğun olanda) gedə bilər. Belə olduqda bir dildə ifadə olunan digər dildə ifadəsini tapa bilər, yəni tərcümə mümkündür. Burada bir problemin iki tərəfi var. Tərcümə informasiyanı elə şəkildə çatdırılmalıdır ki, orada hər hansı itki getməməli, orijinalın məzmun və forması çatdırılmalı, bu zaman, dəqiq şəkildə informasiyanın dəyişdirilməsi mümkün deyildir. Əgər tərcüməni məlumatın verilməsi və qəbuluna istiqamətlənmiş nitq-dil fəaliyyəti kimi nəzərdən keçiririksə, daha doğrusu, bu dillərarası kommunikasiya üçün zəruridirsə, bu zaman tərcümə olunma problemi müsbət həll olunur. Sonuncu halda mövcud informasiyanın verilməsi şəraiti sanki ünvançıya onun çatdırılasını deyir. Bədii tərcümədə oxucuya ilk növbədə əsərin müəllifinin üslubunu çatdırmaq lazımdır. Sinxron və ardıcıl tərcümədə isə yalnız məkanın verilməsi ilə məhdudlaşmaq olar. Lakin bunun özü də əsilin adekvatlığını və tamlığını müstəsna etmir. 2. Əgər tərcüməni artıq hər hansı dildə ifadə olunmuş fikir kimi qiymətləndiririksə, deməli, tərcümə olunmayan orijinal da yoxdur. Belə ki, bir dildə ifadə olunanı digər dildə də ifadə etmək olar. Deməli, belə olduqda biz çətin tərcümə olunan mətnlərdən danışa bilərik. Tərcümə zamanı bu, ya orijinalın dilini mükəmməl bilməmək ucbatından ortaya çıxan çətinliklərlə bağlıdır, yaxud predmetin mahiyyətinin tam bilinməməsi, daha doğrusu, dərk olunmaması, xüsusi biliklərin natammalığı ilə bağlı olur. Yaxud tərcümə edilən dilin özünün zəif bilinməsi ilə bağlı olan çətinliklərlə, yaxud da tərcümə dilində hazır ekvivalentlərin olmaması ilə əlaqədardır. 3. Tərcümə olunma ilkin dildə və tərcümə dilindəki dildaxili üslubi, semantik informasiyanın yenidən yaradılmasıdır.